RU

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

İslam Əməkdaşlıq Təşkilatının Biznes Liderləri Zirvəsi çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmaz arasında görüş keçirilib.

Konfederasiyanın məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Tərəflər iki ölkə arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsinin regional sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Избранный
62
vergiler.az

1Источники