UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununu Pərviz Musayev şərh edəcək.
İdmanxeber.az xəbər verir ki, qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq. Azarkeşlər matçı Pərviz Musayevin şərhi ilə izləyə biləcəklər.
Xatırladaq ki, “Qarabağ” – “Çelsi” görüşü ayın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.