RU

"Doğum və əməliyyat görüntülərinin kənardan çəkilməsini sevmirəm” - Gülnarə İsmayılova

Tanınmış ginekoloq Dr. Gülnarə İsmayılova bildirib ki, xanımlar ağrı və sancı çəkərkən kənardan foto və video çəkilməsi düzgün deyil.

“Bir xanım ağrı-sancı çəkirsə, bədəni və canı ağrayırsa, mən və yaxud kimsə onun vəziyyətini kənardan çəkməyi xoşlamıram. Ona görə də doğumlarımızı, əməliyyatlarımızı kənardan çəkmək mənim üçün uyğun deyil,” – deyə həkim vurğulayıb.

Dr. İsmayılova əlavə edib ki, uşaq doğulduqdan sonra təbii ki, valideynlər istəsələr, görüntüləri çəkib paylaşa bilərlər.. 

News365.az

Избранный
46
news365.az

1Источники