RU

Məhkəmə "Rifah Group"un 800 min manatını mənimsəyən qadına bu cəzanı verdi

Mebel istehsalını həyata keçirən "Rifah Group" MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkətin sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən yekun prosesdə hökm elan edilib. Hökmə əsasən, S.Zeynalova 8 il azadliqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə təqsirləndirilənin ittiham olunduğu 308.2-ci maddənin təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini istəmişdi.

Samirə Zeynalovanın ittiham olunduğu yalnız 179.4-cü (mənimsəmə - külli miqdarda olduqda) maddə üzrə təqsirli bilərək onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, ittihama görə, Samirə Zeynalova "Rifah Group" MMC-nin baş mühasibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802 429.45 manat pul vəsaitini onların hesablarına köçürərək mənimsəyib. O bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seymur Əli

Избранный
51
50
unikal.az

10Источники