RU

Yeni Azərbaycan Partiyası və Böyük Birlik Partiyası əməkdaşlıq istiqamətində işlər aparır EKSKLÜZİV

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq və anlaşma memorandumu imzalamaq istiqamətində işlər aparırıq. Partiyamızın səlahiyyətli şəxsləri

bu prosesi qarşı tərəfdəki həmkarı ilə birlikdə həyata keçirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici söyləyib: "Yeni Azərbaycan Partiyası ilə bizim partiya arasında da əlaqələrin daha da sıx şəkildə, xüsusilə müdafiə sənayesi, təhsil və sənaye sahələrində koordinasiyalı şəkildə inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılır. Məsələn, təhsil sahəsində universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələrin hər iki dövlət səviyyəsində tanınması, tələbə qəbul prosesi və diplomların tanınması kimi məsələləri müzakirə etdik. Eyni zamanda, müdafiə sənayesi sahəsində də Azərbaycanla Türkiyənin birlikdə atdığı addımlar var. Bu əməkdaşlığın genişləndirilməsi istiqamətində də danışıqlar aparıldı. Bundan başqa, parlamentlərarası əməkdaşlıq, siyasi partiyalar arasında əlaqələr, iqtisadi məsələlər, xarici siyasət, yəni gündəmdə olan bütün mövzular barədə fikir mübadiləsi apardıq. Ümumilikdə bu səfər çox uğurlu və faydalı keçdi",- deyə M. Destici vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
azertag.az

3Источники