RU

UNESCO 15 dekabrı Dünya Türk dili Ailəsi Günü elan edib

Bakı. Trend:

Noyabrın 3-də Səmərqənddə keçirilən UNESCO Baş Konfransının43-cü sessiyasında 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günükimi elan edilməsi barədə qərar qəbul edilib.

Trend xəbər verirki, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasındanbildirilib ki, seçilmiş tarix 1893-cü ilin əlamətdar bir günü iləəlaqəlidir.

Məhz həmin gün danimarkalı alim Vilhelm Tomsen “Orxon”yazılarını – türk dillərinin ümumi köklərini üzə çıxaran ən qədimyazılı abidələri oxuyub deşifrə edib.

İki ildən bir çağırılan UNESCO Baş Konfransında təşkilatın 194üzv dövlətinin nümayəndələri iştirak edir və burada təhsil, elm,mədəniyyət və kommunikasiya sahələrində qlobal prioritetlər müəyyənedilir.

Bu il Səmərqənddə keçirilən 43-cü sessiya mədəniyyətlərarasıdialoqun təşviqi, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlıqvasitəsilə dayanıqlı inkişaf məsələlərinə həsr olunub.

Məqalədə:
Избранный
25
1
az.trend.az

2Источники