RU

Gəncədə aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilib

Gəncə şəhərində ilk dəfə aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilib.

Apasport.az xəbər verir ki , IX ölkə birinciliyi Gəncə İdman Sarayında baş tutub.

Yarışda iştirak edən gimnastlar müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə çıxış ediblər.

Balacalar (2017-2018) fərdi çıxışlarda, uşaqlar (2014-2016) fərdi, qarışıq cütlük, üçlük və qrup proqramlarında, yeniyetmələr (2011-2013) fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında, gənclər isə fərdi və üçlük kompozisiyalarda bacarıqlarını göstəriblər.

Yarışda "Ocaq Sport" Klubu və Sumqayıt Olimpiya İdman Kompleksini təmsil edən ümumilikdə 60-a yaxın gimnast iştirak edib. Fərqlənənlər medal və diplomlarla mükafatlandırılıblar.

Turnir həmçinin gənc gimnastlar üçün noyabrın 9-11-də Gəncədə ilk dəfə keçiriləcək gənclər və 15 yaşadək gimnastlar arasında I Avropa çempionatına sınaq xarakteri daşıyıb.

III MDB Oyunları: Finala yüksələn gimnastlarımız bəlli olub

Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU

“Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək

Gimnastlarımız MDB Oyunlarını 6 medalla başa vurublar

Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU

Избранный
41
4
apasport.az

5Источники