RU

Bu tarixdə 4 gün ardıcıl iş olmayacaq


Bu həftəsonundan etibarən Zəfər Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Belə ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.

Mətləb

Избранный
24
9
baki-xeber.com

10Источники