RU

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Ajans.az Reuters-ə istinadən xəbər veir ki, zəlzələnin maqnitudası 6,3 bal təşkil edib. Yeraltı təkanların episentri Məzari-Şərifdən 45 kilometr məsafədə, 10 kilometr dərinlikdə qeydə alınıb. Təkanlar yalnız Əfqanıstanın mərkəzində deyil, həmçinin Kabil, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Pakistan, İran və hətta Hindistanda da hiss olunub. Əfqanıstanın Aybak, Məzari-Şərif və Meymana şəhərləri ən çox zərər çəkən bölgələr olub. Səməngan əyalətində daş sürüşməsi baş verib, nəticədə Bəlx–Səməngan avtomobil yolunun bir hissəsi bağlanıb. Məzari-Şərifdə yerləşən və şəhərin simvolu hesab olunan Göy məscid (Əlinin məqbərəsi) qismən dağılıb.

 

Избранный
31
Ajans.az

1Источники