"Qarabağ" Azərbaycan çempionatları tarixində 350-ci quru qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin yubiley qalibiyyəti "İmişli" ilə oyuna təsadüf edib.
“Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib.
Qeyd edək ki, “Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal da itirməyib.