RU

İlin ilk yarısında İTS hesabına koxlear implant əməliyyatı olunanların sayı açıqlanıb

Bakı. Trend:

2025-ci ilin birinci yarısında eşitmə qabiliyyətinin bərpasıüçün 66 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiyaəməliyyatı icra olunub.

Trandxəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, koxlear implantasiya eşitmə itkisi olan şəxslərdəeşitmənin bərpası üçün tətbiq olunan ən müasir və effektiv tibbiüsullardan biridir. Əməliyyat anadangəlmə ağır dərəcəli ikitərəflieşitmə azlığı olan uşaqlara və eşitmə cihazlarından fayda görməyən,ikitərəfli ağır eşitmə itkisi olan şəxslərə icra edilir. Uşaqlardayaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), böyüklərdə isə bu hədd65 yaş kimi müəyyən edilir.

Diaqnozu təyin etmək üçün pasiyentlər ilk növbədə TƏBİB-intabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinintabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciətetməlidirlər. Diaqnozun təyini məqsədilə icbari tibbi sığortahesabına Bera test, kompüter tomoqrafiyası (KT), maqnit rezonanstomoqrafiyası (MRT) və audiometriya müayinələri aparılır. Diaqnoztəsdiqləndikdən sonra əməliyyatın icrası İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl vəmüvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş əsasında təminedilir. Əməliyyat tibbi göstərişə və təhlükəlilik dərəcəsinə görənövbəlilik prinsipi ilə həyata keçirilir.

Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, daxilicihaz (implant sistemi) və cihazın yerləşdirilməsindən 1 ay sonratəmin edilən üst cihaz (nitq prosessoru) icbari tibbi sığorta iləqarşılanır. Məlumat üçün bildirək ki, nitq prosessoru yalnızimplantasiya əməliyyatı zamanı quraşdırılır və bu zaman icbaritibbi sığorta ilə qarşılanır. Əməliyyatdan sonrakı dövrlərdə nitqprosessorunun sıradan çıxması və ya yenisi ilə əvəz olunmasıhalları icbari tibbi sığorta təminatına daxil deyil.

Əməliyyatdan sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində12 aylıq reabilitasiya dövrünə cəlb olunurlar. Bu müddətdə cihazda3 dəfə səs tənzimlənməsi təmin edilir, habelə 36 seans loqoped və36 seans psixoloq xidməti həyata keçirilir. Loqoped və psixoloqəsasən nitq qabiliyyəti olmayan uşaqlar üzərində işləyirlər. Buzaman loqoped və psixoloq tərəfindən uşaqların eşitmə qavrayışı vənitqi inkişaf etdirilir, davranış, qavrama və ünsiyyətbacarıqlarının gücləndirilməsi üçün işlər aparılır.

Koxlear implantasiya əməliyyatı və reabilitasiya sayəsindəeşitmə və danışma məhdudiyyəti olan şəxslər sosial həyata aktivşəkildə qoşularaq, şəxsi inkişaf imkanlarını genişləndirəbilirlər.

Избранный
25
8
az.trend.az

10Источники