RU

Arda Güler "Fənərbağça"ya 2 milyon avro qazandırdı

Arda Güler "Fənərbağça"dan ayrılmasından iki il keçməsinə baxmayaraq, sabiq klubuna hələ də gəlir qazandırır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu "Real Madrid"in heyətində 75-ci oyununa çıxmaqla "sarı-lacivərdlilər"in hesabına əlavə 2 milyon avro qazandırıb.

Xatırladaq ki, Arda Güler 20 milyon avro qarşılığında "Fənərbağça"dan Madrid təmsilçisinə transfer olunub. Müqaviləyə əsasən, İstanbul klubu futbolçunun hər 25 matçına görə 2 milyon avro bonus əldə edir.

Beləliklə, "Fənərbağça" bu günə qədər Gülerin transferindən ümumilikdə 26 milyon avro gəlir qazanıb. Gənc ulduz "Real Madrid"də 125 oyuna çıxarsa, türkiyəli klub əlavə 4 milyon avro da bonus əldə edəcək.

Hüseyn
Milli.Az

Избранный
39
1
milli.az

10Источники