RU

Türkmənistan və Almaniya şirkətləri bir neçə tərəfdaşlıq müqaviləsi imzalayıblar

BAKI, 3 noyabr. TELEQRAF

Türkmənistan və Almaniya şirkətləri konsaltinq, logistika, kənd təsərrüfatı və tikinti avadanlıqlarının tədarükü sahələrində bir sıra əməkdaşlıq müqavilələri imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

İmzalanan sazişlər arasında “Erbaeher+Kolb GmbH” ilə Türkmənistanın “Eminli Məsləhət” şirkəti arasında müqavilələr, həmçinin “Myusaid Hessen”, “Asset Capital” və “Bey International FDI” və “TMT Consulting Group” şirkətləri arasında sövdələşmələr var.

Almaniyanın “SKM Logistics and Trade GmbH” logistika şirkəti “Dövrebap Ulaq Mərkəzi” ilə müqavilə imzalayıb. Aparıcı kənd təsərrüfatı maşınları istehsalçısı “John Deere” şirkəti “Ocar Aziya” və “Yaş Sıyaxat”, “Wirtgen Group” və “Zeppelin Baumaschinen” isə eyni türkmən tərəfdaşları ilə tikinti avadanlığı üçün müqavilələr imzalayıb.

Избранный
43
teleqraf.com

1Источники