RU

Əcnəbi vətəndaş “Manato.az”ın rəhbərliyinə təyinat aldı

Latviyalı Yuliya Labora (Julija Labora) “Manato.az”ın sahibi olan bank olmayan kredit təşkilatı “SF Azerbaijan” ASC-nin Müşahidə Şurasına üzv seçilib.

Banker.az xəbər verir ki, bununla bağlı səhmdarların Ümumi Yığıncağı qərar qəbul edib və xanım Labora noyabrdan etibarən müvafiq vəzifədə çalışacaq.

Y.Labora artıq 6 ilə yaxındır ki, BOKT-nin ana şirkəti sayılan “Sun Finance”da baş əməliyyat inzibatçısıdır.

Hazırda BOKT-nin Müşahidə Şurasını Emils Latkovskis sədr kimi, Roberts Molotanovs isə üzv kimi formalaşdırırlar.

BOKT təkbaşına icra orqanı ilə idarə olunur və direktor Azərbaycandan olan Fuad Muradov Cəlil oğludur.

Xatırladaq ki, “SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb. BOKT-nin səhmdarları 95% ilə “AS HSFCA”, 2.5 faizlə Rüfat Quliyev Faiq oğlu və 2 faizlə Kristis Krumisə məxsusdur.

Manato.az (SF Azerbaijan) – bank kreditoru olmayan, gözlənilməz xərclərin yarandığı vəziyyətlərdə kredit təklif edən təşkilatdır. Təşkilat 1, 2 və 4 həftəlik kreditlər təklif edir. Məsələn, ilk müştəri olduğunuz təqdirdə bir aylıq 1000 manatlıq borc üçün 50 manat faiz borcu və üstəlik borcalanın üzərinə 120 manat komissiya ödənişi qoyur. Nəticədə, borcalanın 50+120=170 manat bir aylıq borc üçün ödəniş məcburiyyəti ortaya çıxır.

Избранный
23
banker.az

1Источники