RU

Yuxunu cəmi 1 həftəyə necə yaxşılaşdıra bilərik? -Həkim AÇIQLADI

Somnoloq həkim Roman Buzunov yuxunu cəmi bir həftəyə yaxşılaşdırmağa kömək edəcək dörd əsas qaydanı açıqlayıb.

Redaktor.az xəbər verir ki. onu tövsiyələrini aif.ru yayıb.

Mütəxəssis qeyd edib ki, sağlam yuxunun yeganə effektiv yolu oyaqlıq dövründəki vərdişləri dəyişməkdir. İlk növbədə, o, müntəzəm idmanla məşğul olmağı məsləhət görüb. Onun sözlərinə görə, optimal nəticə üçün həftədə dörd-beş dəfə, hər dəfə bir saatlıq məşq kifayətdir. Somnoloq vurğulayıb ki, fiziki aktivlik güclü antistress, antidepresant və narahatlıq əleyhinə təsirə malikdir.

İkinci qayda kimi həkim yatmazdan bir saat əvvəl və oyanandan sonra ilk 30 dəqiqə ərzində smartfondan istifadə etməməyə çağırıb. Buzunov bildirib ki, texnologiyalardan qısa müddətli imtina bədənin hormon balansını tənzimləməyə və stress səviyyəsini azaltmağa kömək edir.

Bundan əlavə, o, beyini yükləməmək üçün iş zamanı beş dəqiqəlik fasilələr verməyi tövsiyə edib. “Küçəyə çıxmaq, bir az nəfəs məşqləri və yüngül hərəkətlər etmək olar. Amma smartfondan bu anlarda istifadə etməmək daha yaxşıdır”, - deyə somnoloq əlavə edib.

Aytəkin TOFİQQIZI

Избранный
60
1
redaktor.az

2Источники