RU

İran Türkiyə ilə ANLAŞDI

"İranın Türkiyə ilə qaz ixracı üzrə müqaviləsi mütləq uzadılacaq".

Publika.az xəbər verir ki, bunu İran Milli Qaz Şirkətinin (NIGC) baş direktoru Səid Təvəkköli bildirib.

O əlavə edib ki, uzunmüddətli enerji sazişlərinə nail olmaq şirkətin əsas prioritetlərindən biridir.

Təvəkköli qeyd edib ki, Türkiyə hələ də İran qazına tələbat göstərir və müqavilənin həcmi, metodu və uzadılma mexanizmi ilə bağlı danışıqlar aparılır.

O vurğulayıb ki, hazırkı ixrac müqaviləsi 2026-cı ildən sonra bir neçə il müddətinə uzadılacaq və bu, iki qonşu ölkə arasında əməkdaşlığın davamını təmin edəcək.

Избранный
32
publika.az

1Источники