RU

Hindistanda avtobus və yük maşını toqquşdu: 20 nəfər öldü

BAKI, 3 noyabr. TELEQRAF

Hindistanın cənubunda yerləşən Telangana ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 20 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat verib.

Bildirilir ki, avtobusda 70 sərniş olub, o, ştatın paytaxtı Haydarabad şəhərinə hərəkət edirdi. Avtobus daş daşıyan yük maşını ilə toqquşuq.

Hadisə yerinə xilasetmə xidmətləri cəlb olunub. Yaralıları çıxarmaq üçün ekskavatorlardan istifadə edilib.

İlkin məlumatlara görə, qəzanın səbəbi yük maşınının sürət həddini aşması və sürücünün idarəetməni itirməsi olub.

Избранный
23
teleqraf.com

1Источники