RU

Tramp Ukraynaya Tomahawk raketlərinin verilməyəcəyini açıqladı

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda Ukraynaya Tomahawk kruiz raketlərinin verilməsi nəzərdə tutulmur.

Teleqraf xəbər verir ki, bu barədə o, Florida ştatından Vaşinqtona uçuş zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Prezidentə administrasiyasının bu raketləri Kiyevə verib-verməyəcəyi barədə sual verildikdə Tramp “Xeyr” cavabını verib. O əlavə edib ki, gələcəkdə mövqeyi dəyişə bilər, lakin hazırda belə bir plan yoxdur.

Избранный
112
teleqraf.com

1Источники