RU

ABŞ-nin atom aviadaşıyıcısı naməlum istiqamətdə dənizə çıxıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni atom aviadaşıyıcısı" USS George H.W. Bush" Virciniya ştatının Norfolk hərbi-dəniz bazasından naməlum istiqamətə doğru yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə “Hərbi müşahidəçi” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, gəminin əsas radarının aktivləşdirilməsi onun fəal əməliyyatlara hazırlaşdığını göstərə bilər.

Sözügedən aviadaşıyıcı ABŞ donanmasının ən müasir döyüş gəmilərindən biri hesab olunur. Onun qəfil dənizə çıxışı beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. Gəminin hərəkət istiqaməti rəsmi olaraq açıqlanmasa da, onun sonrakı manevrləri maraqlı tərəflər tərəfindən izləniləcək.
Избранный
19
2
sherg.az

3Источники