RU

Əfqanıstandakı zəlzələnin təkanları Düşənbə və Daşkənddə hiss olunub

Əfqanıstanın Samangan vilayətində qeydə alınan 6,8 bal gücündə zəlzələ Tacikistan və Özbəkistan ərazisində də hiss olunub.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, Sürxandərya vilayətində yeraltı təkanların gücü 5 bal, Daşkənddə isə 2–3 bal olub. Düşənbədə də uzun sürən güclü təkanlar müşahidə edilib, şəhər sakinləri hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşımlar ediblər.

Избранный
72
teleqraf.com

1Источники