RU

Ronaldo nə vaxtadək oynayacaq? - Özü AÇIQLADI

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sağlamlığı imkan verdiyi müddətcə futbol oynamaq istəyir.

Redaktor.az-ın məlumatına görə, onun sözlərini UOL nəşri yayıb.

Ötən gün futbolçu Səudiyyə Pro Liqasında komandasına qələbə qazandıran iki qola imza atıb.

"Şəxsən mənim və bütün komanda üçün inanılmaz bir axşam idi. Komanda qalib gəldi və mən iki qol vurdum. Qol vursam da, vurmasam da, bu mənim həyatımdır və həmişə belə olub. 23-24 illik futbol mənim həyatımdır. Buna görə də sağlamlığım imkan verdiyi müddətcə oynamağa davam etmək istəyirəm", - deyə Ronaldo bildirib.

Избранный
7
4
redaktor.az

5Источники