RU

Sudanda 60 mindən çox insan didərgin düşdü

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumatına görə, Sudanın qərbində yerləşən Şimali Darfur əyalətinin mərkəzi olan Faşir şəhəri 26 oktyabrda Sürətli Dəstək Qüvvələrinin (HDK) nəzarətinə keçdikdən sonra 4 gün ərzində 62 mindən çox insan yerindən didərgin düşüb.Metbuat.az xəbər verir ki, IOM-un açıqlamasında bildirilib ki, sahə qruplarının qiymətləndirmələrinə əsasən, 26–29 oktyabr tarixləri arasında Faşir və ətraf kəndlərdən ümumilikdə 62 min 263 nəfər köç edib. Yalnız 29 oktyabr tarixində Faşirdən 26 min 80 nəfərin yerindən edildiyi qeyd olunan açıqlamada vurğulanıb:

“Faşirdə vəziyyət hələ də gərgin və dəyişkəndir. Təhlükəsizliksizlik davam etdiyi üçün əhalinin hərəkətliliyi də sürür.”

Избранный
41
metbuat.az

1Источники