RU

İtalyan tennisçi Yannik Sinner “Paris Masters” turnirinin qalibi olub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Roma, 2 noyabr, AZƏRTAC

İtaliyalı tennisçi Yannik Sinner “Paris Masters” turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, kişi tennisçilər arasında keçirilən final oyununda Yannik Sinner kanadalı Feliks Auyer-Aliassimeni ardıcıl setlərdə 6:4, 7:6 hesabı ilə məğlub edib. Bu, Sinnerin mövsümdə beşinci və karyerasında isə 23-cü tituludur.

Yannik Sinner bu qələbə ilə dünya sıralamasında ilk pilləyə yüksəlib. Ondan əvvəl bu pillədə ispaniyalı Karlos Alkaras olub.

Xatırladaq ki, Yannik Sinner cari ilin iyulunda Karlos Alkarası məğlub edərək “Uimbldon” turnirinin qalibi olub. O, həmin titula yiyələnən ilk italiyalı tennisçidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
2
azertag.az

3Источники