RU

Ferran Torres “Barselona”nın heyətində “Elçe”yə 50-ci qolunu vurub

Noyabrın 2-də “Barselona” La Liqanın 11-ci turu çərçivəsində doğma meydanda “Elçe”ni qəbul edib.

Oyun meydan sahiblərinin 3:1 hesabı ilə yekunlaşıb.

Kataloniya klubunun heyətində qolları Lamin Yamal, Ferran Torres və Markus Reşford vurublar.

Bu qol Torres üçün yubiley xarakteri daşıyıb. O, “Barselona”nın heyətindəki 50-ci qolunu vurub. İspan futbolçu bu nəticəyə çatmaq üçün 170 oyun keçirib.

İdman.Biz

Избранный
41
idman.biz

1Источники