RU

Amerikalıdır, gədəbəylilər kimi saz çalır – Video

Amerikalı Marta Lavri illər öncə magistratura təhsili almaq üçün Bakıya gəlib.

KONKRET.az xəbər verir ki, Marta o illərdə Bakıda bir gədəbəyli ailəsində yaşayıb.

Azərbaycanca danışmağı da, saz ifa etməyi də elə onlardan öyrənib:

“O ailə mənə o qədər doğma gəldi ki, özümü evdə kimi hiss etdim. Orada xəstələndim, Mirvari “mama” deyəsən, qızılgül mürəbbəsi ilə çay gətirmişdi. Hiss etdim ki, anamın sevgisi var o evdə”.

Marta hər yay həmin ailə ilə birgə Gədəbəyə gedib orada dincələrmiş. Deyir ki, sazla ilk tanışlığı Gədəbəydəki toyların birində olub:

“Televiziyada aşıqlara baxanda xoşuma gəlirdi. İstəyirdim o cür oxumağı mən də öyrənim. Amma mənim üçün bir az çətin idi. “Bu yerlərdə qalardım” şeirini əzbərləmişəm. Hər dəfə onu oxuyanda kövrəlirdim, çünki belə hiss edib, Gədəbəy haqda fikirləşirdim”.

Ətraflı İTV-nin reportajında:

Избранный
33
11
konkret.az

10Источники