RU

Gədəbəylilər kimi saz çalan Marta - VİDEO

ABŞ-nin Texas ştatında yaşayan Marta Lavrinin saz çalması görüntüləri maraqla qarşılanıb.

"Unikal" xəbər verir ki, Marta illər öncə magistratura təhsili almaq üçün Bakıya gələn zaman gədəbəyli ailənin evində yaşayıb.

“O ailə mənə o qədər doğma gəldi ki, özümü evdə kimi hiss etdim. Orada xəstələndim, Mirvari “mama” deyəsən, qızılgül mürəbbəsi ilə çay gətirmişdi. Hiss etdim ki, anamın sevgisi var o evdə”, - deyə Marta qeyd edib. 

O, Azərbaycanca danışmağı da, saz ifa etməyi də elə onlardan öyrənib.

Избранный
56
1
unikal.az

2Источники