RU

5 başlıqda ötən həftənin gündəm xəbərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə qlobal bazarlarda ən vacib xəbərlər Fed və Avropa Mərkəzi Bankının faiz dərəcəsi qərarları olub.

Banco.azötən həftənin gündəm xəbərlərini təqdim edir.

1) Faizi azaldan Fed balansın kiçildilməsi prosesini dayandıracağını açıqladı
ABŞ Mərkəzi Bankı (Fed) 28–29 oktyabr tarixlərində keçirilən iclasında uçot dərəcəsini 25 baza bəndi azaldaraq 3,75–4 faiz intervalına endirib. Bununla da Fed bu il ərzində ikinci dəfə faiz dərəcəsini azaltmış olub.

2) Qızıl əvvəl ucuzlaşdı, sonra bərpa olundu
Fed rəsmilərinin faiz endirimləri ilə bağlı ziddiyyətli açıqlamalarını bazarların qiymətləndirməsi nəticəsində qızıl qiymətlərində yaşanan enişdən sonra qismən bərpa müşahidə olunub.

3) Avropa Mərkəzi Bankı faizi sabit saxladı
Avropa Mərkəzi Bankı (ECB) gözləntilərə uyğun olaraq faiz dərəcəsini 2 faiz səviyyəsində sabit saxlayıb. Beləliklə, əsas uçot dərəcəsi 2,15 faiz, gecəlik kredit faiz dərəcəsi isə 2,40 faiz səviyyəsində qalıb.

4) Dünyanın gözlədiyi görüş baş tutdu
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Şi Cinpin ikitərəfli görüş üçün Cənubi Koreyanın Busan şəhərində bir araya gəliblər. Si Cinpin Tramp ilə keçirdiyi görüşdən sonra ABŞ ilə ticarət sahəsində əməkdaşlıq edəcəkləri mesajını verib.

5) “Nvidia”nın bazar dəyəri 5 trilyon dolları keçdi
ABŞ-lı çip istehsalçısı “Nvidia” bazar dəyəri 5 trilyon dollara çatan ilk şirkət olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
31
1
banco.az

2Источники