İtaliya A seriyasının 10-cu turunda "Torino" doğma meydanda "Piza" ilə 2:2 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, qonaqların hər iki qolunu hücumçu Stefano Moreno vurub.
Meydan sahiblərindən isə Covanni Simeone və Çe Adams fərqləniblər.
Oyunun 45-ci dəqiqəsində "Torino"nun baş məşqçisi Marko Baroni qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, bu nəticədən sonra “Torino” xallarını 13-ə çatdıraraq turnir cədvəlinin 12-ci pilləsinə yüksəlib. “Piza” isə 6 xalla 17-ci yerdə qərarlaşıb.
Günün digər qarşılaşmasında "Fiorentina" səfərdə "Leççe"yə 0:1 hesabı ilə uduzub.