RU

Dembele yenidən zədələndi

style='margin-bottom:10px;'>

PSJ-nin hücumçusu və 2025-ci ilin “Qızıl top” sahibi Usman Dembelenin növbəti dəfə zədələnib.

QOL.az xəbər verir ki, “Nitsa” ilə oyundan (1:0) sonra fransalı futbolçu komanda yoldaşı Əşrəf Hakimiyə arxa bud əzələsində şiddətli ağrılar hiss etdiyini bildirib. Məlumata görə, Dembelenin əvvəlki zədəsi yenidən təkrarlanıb.

Xatırladaq ki, 28 yaşlı futbolçu sentyabr–oktyabr aylarında eyni səbəbdən 5 oyun buraxmışdı və bərpadan sonra da hələ tam matç oynaya bilməyib.

Избранный
52
5
teleqraf.com

6Источники