Misli Premyer Liqasının X turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı 3:2 hesabı ilə məğlub etməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç görüşdən sonra əzmkar qələbəni dəyərləndirib:
"Çox maraqlı oyun oldu. Güclü, texnikalı oyunçuları çox olan bir komandaya qarşı oynadıq. Sevincliyəm ki, oyunda geridönüş edə bildik. Futbolçularımı təbrik edirəm".
Qeyd edək ki, "Sumqayıt" bu qələbə ilə "Araz-Naxçıvan"ı turnir cədvəlində geridə qoyub. Onlar 17 xalla 4-cü pilləyə yüksəlib.