RU

Bu futbolçu "Real"da qalmayacaq

Avstriya millisinin üzvü David Alaba “Real”dan ayrılacaq.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, mərkəz müdafiəçisinin ayrılığı mövsümün sonunda baş tutacaq.

Bir sıra zədələrdən sonra tam sağalan avstriyalı müdafiəçinin özünə yeni komanda axtardığı iddia olunur. O, gələn ilin iyun ayında azad agent kimi Madridi tərk edəcək.

David karyerası ərzində “Avstriya”(Vyana), “Bavariya”, “Hoffenhaym”da oynadıqdan sonra 2021-ci ildə “Real”a keçmişdi.

 

saytlarin hazirlanmasi

Избранный
44
1
sportal.az

2Источники