RU

Yeni, güclü bir antibiotik on illərdir ki, “göz qabağında gizlənir”...

...Böyük Britaniyanın Uorvik Universiteti və Avstraliyanın Monaş Universitetinin alimləri yeni, güclü bir antibiotik kəşf ediblər.

SİA-nın məlumatına görə, Science Alert xəbər verir ki, onlar bunu yeni bir cəbhə açmaqla deyil, tanınmış bir antibiotikə qayıtmaqla ediblər.

Yeni birləşmə onilliklərdir məlum olan bakteriyalardan gəlir. Bu, başqa bir antibiotik olan metilenemisin A-nın istehsalı zamanı əmələ gələn aralıq məhsuldur.

Bu yeni antibiotik, getdikcə dərmana davamlı hala gələn bakteriyalarla mübarizə aparmağa kömək edə bilər.

...Qeyd edək ki, metilenemisin A və pre-metilenemisin C lakton istehsal edən Streptomyces coelicolor bakteriyası 1950-ci illərdən bəri fəal şəkildə öyrənilən model antibiotik istehsal edən bir növdür. Belə bir tanış orqanizmdə yeni bir antibiotikin kəşfi əsl sürpriz oldu, - deyə Uorvik Universitetinin kimyaçısı Lona Alkhalaf bildirib.

Kəşfi edən alimlər metilenemisin A-nı daha ətraflı öyrənməyə, hər birinin necə işlədiyini anlamaq üçün antibiotik yığma prosesində istifadə olunan genləri dəyişdirməyə qərar verdilər.

Daha sonra yaranan birləşmələri antibiotik aktivliyinə görə sınaqdan keçirdilər.

...Metilenemisin A ilk dəfə 50 il əvvəl kəşf edilib və bir neçə dəfə sintez olunsa da, heç kim sintetik aralıq maddələri antimikrob aktivliyinə görə sınaqdan keçirməyib, - deyə Uorvik Universitetinin kimyaçısı Qreq Çallis bildirib.

Tədqiqatçılar dərmanın mövcud antibiotiklər üçün xüsusilə çətin olan davamlı Staphylococcus aureus və vancomisinə davamlı Enterococcus infeksiyalarına qarşı təsirli olduğunu aşkar ediblər.

Həmçinin vacibdir ki, ardıcıl 28 gün ərzində premetilenomisin C-laktonuna məruz qalan Enterococcus bakteriyaları müqavimət göstərməyib.

Bu, birləşmənin uzun müddət təsirli olacağını göstərə bilər. Lakin, yeni birləşmənin antibiotik kimi potensialını müəyyən etmək üçün əlavə klinikayaqədər tədqiqatlara ehtiyac var.

Əli Babayev

Избранный
29
1
sia.az

2Источники