RU

İçərisində qadın olan oğurlanmış avtomobil binaya çırpılıb, iki yaşlı qadın ölüb - VİDEO

Böyük Britaniyada oğurlanmış "BMW" qocalar evinə çırpılıb.

Ölkə.Az "Daily Mail"ə istinadən xəbər verir ki,  sürücü 21 yaşlı Sem Tabar olub. O və həmyaşıdı Ris Pariş avtomobili sınaq sürüş zamanı oğurlayıblar, satan qadın isə içəridə qalıb. Qısa polis təqibindən sonra "BMW" saatda 160 kilometr sürətlə binaya çırpılıb.

Toqquşma nəticəsində tavan uçub. Səkkiz nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri, qocalar evində yaşayan 94 yaşlı qadın, onurğa sütununu sındırıb. Qəzadan sonrakı gün biri 80 yaşdan yuxarı, digəri isə 90 yaşdan yuxarı olan iki yaşlı qadın ölüb.

Leyla

Избранный
39
2
olke.az

3Источники