Fələstin HƏMAS hərəkatı daha üç İsrail girovunun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
Ucnoqta.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında dərc edilib.
Onlar girovlardan birinin sənədlərinin fotosunu yayımlayıb və iddia edirlər ki, onun qalıqları yerli vaxtla saat 20:00-da BQXK-ya təhvil veriləcək.