RU

The Economist: "Tayvanın "B planı"..."

…Donald Tramp ABŞ prezidentliyinə qayıdanda Tayvanda ehtiyatlı nikbinlik hökm sürürdü. “Şahin” müşavirləri Çinə qarşı sərt bir xətt vəd edirdilər və Vaşinqton adaya fəal şəkildə silah satırdı. İndi Taybey ABŞ-ın dəstəyini geri çəkəcəyi təqdirdə fövqəladə planlar üçün strategiya hazırlayır.

SİA xəbər verir ki, bu barədə The Economist yazır.

Formal olaraq, ABŞ siyasəti dəyişməyib, lakin Tramp getdikcə Çinlə Tayvanı da əhatə edə biləcək ticarət razılaşması haqqında danışır.

O, artıq adaya Yaponiya və Cənubi Koreyaya nisbətən daha yüksək tariflər tətbiq edib, hərbi xərclərin ÜDM-nin 10 faizinə qədər artırılmasını tələb edib və Tayvanın TSMC korporasiyasının mikroçip istehsalının bir hissəsini ABŞ-a köçürməsində israr edib.

Əsas Çin əleyhinə müşavirlər Tramp administrasiyasını tərk edərək təcridçilərə yol veriblər və Pekin Taybey qarşısındakı öhdəliklərini yüngülləşdirmək üçün Vaşinqtona təzyiqi artırıb.

Oktyabr ayında etdiyi çıxışında Tayvan prezidenti Lay Çinq-te ilk dəfə olaraq ABŞ-Çin danışıqlarına müdaxilə etməməyə çalışaraq Çinə qarşı təmkinli mövqe tutub.

O, müdafiə xərclərini 2026-cı ilə qədər ÜDM-in 3 faizinə, 2030-cu ilə qədər isə 5 faiziə çatdıracağına söz verdi və həmçinin Trampın Amerika "Qızıl Günbəz"inə işarə olaraq T-Dome hava hücumundan müdafiə sisteminin yaradıldığını elan etdi.

Eyni zamanda, Taypey Avropa ilə hərbi əməkdaşlığı genişləndirir.

Alman şirkətləri və Airbus ilk dəfə sentyabr ayında Taypeydə keçirilən sərgidə iştirak etdilər və Polşada Tayvan, Ukrayna və Polşa şirkətləri birgə dron istehsal etmək barədə razılığa gəldilər.

Lakin ekspertlər bu tədbirlərin yetərli olmadığına inanırlar. Amerika zəmanətləri olmadan Tayvan Çini çəkindirə bilməyəcək, lakin hakimiyyət orqanları hesab edir ki, öz müdafiəsini gücləndirmək ən azı Pekin üçün potensial işğalın dəyərini artıracaq.

Tayvanın yalnız bir "B planı" var - müttəfiqi ondan üz döndərsə, təkbaşına müqavimət göstərmək.

Əli Babayev

Избранный
31
1
sia.az

2Источники