Rusiyalı milyarderlərin sərvəti 2025-ci ilin əvvəlindən bəri ümumilikdə 22,5 milyard dollar artıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Reytinqin lideri Vladimir Potanin olaraq qalır.
Əsas aktivi "Nornikel" olan milyarder ilin əvvəlindən 1,9 milyard dollar qazanaraq sərvətini 29,8 milyard dollara yüksəldib.
İkinci pillədə Aleksey Mordaşov ("Severstal") yer alır. Onun sərvəti 28,1 milyard dollar qiymətləndirilir və ilin əvvəlindən 4,8 milyard dollar artım göstərib.
Daha sonra sıralama belədir:
Vahid Ələkbərov (LUKOIL) – 25,5 milyard dollar
Leonid Mixelson ("Novatek") – 24,7 milyard dollar
Əlişir Usmanov ("Metalloinvest") – 18,1 milyard dollar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта