Bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 1 244 nəfər olub.
NOCOMMENT.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının 20 min 684 nəfəri və ya 2,1%-i xarici ölkələrə dini ziyarət məqsədilə səfər edib.
Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 11 min 145 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər.
Azərbaycan vətəndaşları bu ilin yanvar-sentyabr aylarında dini ziyarət məqsədilə aşağıdakı ölkələrə səfər ediblər:
Səudiyyə Ərəbistanı – 11 145 nəfər
 Türkiyə – 4 281 nəfər
 Rusiya – 1 704 nəfər
 Birləşmiş Ərəb Əmirlikləri – 1 610 nəfər
 İran – 1 006 nəfər
 Gürcüstan – 306 nəfər
 Qazaxıstan – 164 nəfər
 İsrail – 141 nəfər
 İraq – 113 nəfər
 Özbəkistan – 47 nəfər
 Qətər – 21 nəfər
 Qırğızıstan – 2 nəfər
 Küveyt – 1 nəfər
 Digər ölkələr – 43 nəfər