RU

İran Türkiyə ilə qaz ixracı müqaviləsini uzadacaq

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

İran Milli Qaz Şirkətinin (NIGC) icraçı direktoru Səid Təvakoli bəyan edib ki, İranın Türkiyə ilə mövcud qaz ixracı müqaviləsi mütləq şəkildə uzadılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə ILNA agentliyi məlumat yayıb.

Təvakolinin sözlərinə görə, Türkiyə hələ də İran qazına tələbat göstərir və hazırda tərəflər müqavilənin həcmi, müddəti və uzadılma mexanizmi ilə bağlı danışıqları davam etdirirlər. Rəsmi şəxs qeyd edib ki, mövcud saziş 2026-cı ildən sonra bir neçə il müddətinə yenilənəcək və bu, iki qonşu ölkə arasında davamlı enerji əməkdaşlığını təmin edəcək.

İranlı rəsmisi vurğulayıb ki, şirkətin əsas prioritetlərindən biri uzunmüddətli enerji sazişlərinin imzalanmasıdır.

Mehr agentliyinin məlumatına əsasən, Təvakoli ABŞ-də LNG istehsalının artması, bəzi ölkələrdə ixrac məhdudiyyətlərinin tətbiqi və qazın əvvəlcədən müəyyən edilən regional paylanması kimi amillərin bazarı daha mürəkkəb və rəqabətli vəziyyətə gətirdiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
yeniavaz.com

1Источники