RU

"Turan Tovuz" növbəti qələbəsini qazandı

"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bölgə təmsilçisi X turda "Şamaxı" ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib.

Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurub.

Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" birinci pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla doqquzuncu sıradadır.

Избранный
22
6
bakivaxti.az

10Источники