RU

Alman alpinistlər İtaliyada qar uçqununa düşdü

Beş alman alpinist İtaliyanın şimalındakı Trentino-Cənubi Tirol bölgəsində qar uçqunu nəticəsində həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə “Bild” qəzeti İtaliya dağ xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, alpinistlər noyabrın 1-də 3545 metr hündürlüyündəki Vertainspitze dağının şimal tərəfinə dırmanarkən qar uçqununa düşüb.

Alpistinistlərdən üçünün ötən gün, ikisinin meyiti isə bu gün tapılıb.

Избранный
45
2
adalet.az

3Источники