RU

Netanyahu: Hizbullah Livanda yenidən silahlanır

BAKI, 2 noyabr. TELEQRAF

“Hizbullah”ın silahlı birləşmələri Livanda yenidən silahlanmağa çalışır".

Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasındakı çıxışı zamanı deyib.

Baş nazir vurğulayıb ki, İsrail “özünümüdafiə hüququndan istifadə edəcək” və Livan ərazisindən gələn yeni təhdidlərə göz yummayacaq:

“Hizbullah son günlərdə də zərbələrə məruz qalır, lakin eyni zamanda yenidən silahlanmağa və güc toplamağa çalışır. Biz gözləyirik ki, Livan hökuməti öz vədlərinə əməl edərək ‘Hizbullah’ı tərksilah etsin. Əks halda, İsrail atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edəcək. Livanın yeni cəbhəyə çevrilməsinə imkan verməyəcəyik.”

Избранный
47
1
teleqraf.com

2Источники