RU

Bir atəşlə viran qoyduğumuz düşmən postundan yeni görüntü

Vətən müharibəsində düşmən hücumu Ağdamdan gözləyirdi, bunun üçün də əsas qüvvəsini və şəxsi heyətini, artilleriya qurğularını məhz bu şəhərdə yerləşdirib, burada çoxlu müdafiə xətləri qurmuşdu.

Bu müdafiə xətlərində minalar, istehkam qurğuları yer alırdı.

Vətən Müharibəsi başlayanda əks-həmlə hücumu zamanı Ağdam ciddi müdafiədə idi. Belə olduğu halda əsas məsuliyyət artilleriya və topçularımızın üzərinə düşürdü.

Məqsəd düşmənin Ağdamda dislokasiya olmuş hərbi hissələri, artilleriya və canlı qüvvələrini sıradan çıxarmaq və mümkün əks-hücumun qarşısını almaq idi.

Elə belə də oldu, səhər saatlarında hücumla düşmənin qüvvəsinin əsas hissəsi sıradan çıxarıldı.

Избранный
22
9
publika.az

10Источники