Qonsalu Ramuş PSJ klubunda 100-cü oyununu keçirib.
Fanat.Az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun yubileyi Liqa 1-in XI turunda “Nitsa” ilə oyuna təsadüf edib.
Portuqaliya millisinin üzvü 90+4-cü dəqiqədə yeganə qolu vuraraq parislilərə qələbə qazandırıb.
Qeyd edək ki, 11 tura 24 xal toplayan PSJ Liqa 1-in turnir cədvəlində 1-ci pillədə mövqe tutub.
Nihat