RU

İki dəfə seçilmək məhdudiyyəti ləğv olunur Vəkillər haqqında qanun dəyişir

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyət ləğv olunur. 

“AzPolitika” bildiri ki, bu, Milli Məclisin bu gün, oktyabrın 31-də keçirilən iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri hazırda Anar Bağırovdur. O, bu vəzifəyə 2017-ci ildə seçilib. İkinci beş illik səlahiyyət müddəti 2027-ci ildə başa çatır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
azpolitika.info

1Источники