RU

FOTO - “Arsenal” dörd azərbaycanlının öhdəsinə verildi

Azərbaycanlı FiFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir matçına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunun “Slaviya” (Çexiya) - “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq.

Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcəklər.

Matçın VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.

Oyun noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

3 turdan sonra “Arsenal” 9 xalla 4-cü, “Slaviya” 2 xalla 28-ci yeri tutur.

Əliyar

Избранный
34
sportinfo.az

1Источники