RU

Polşalı deputat Ukraynanın borclarını ödəməsinə etiraz edib

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Polşa hökuməti vətəndaşlarını Ukraynanın borcları üzrə faiz ödəməyə məcbur edir.

"Ölkə.az" xəbər verir ki, bu barədə millətçi və avroskeptik "Konfederasiya" koalisiyasının rəhbəri Qjeqoj Plaçek sosial mediada etirazını bildirib.

O, Polşa Maliyyə Nazirliyinin məlumatlarına istinadən bildirib ki, Varşava ilin sonuna qədər Ukrayna kreditorlarına 110 milyon zlotidən (təxminən 30 milyon dollar) çox pul ödəmək niyyətindədir. Bundan əlavə, Polşa növbəti iki ildə eyni məbləği ödəməyi planlaşdırır, baxmayaraq ki, Ukrayna hələ Avropa Komissiyasına heç bir müvafiq müraciət təqdim etməyib.

"Sürətlə artan büdcə kəsirini və dövlət borcunu nəzərə alsaq, Ukraynanın borcunun ödənilməsinə illərlə töhfə verəcəyikmi? Dəliyikmi? Bu, açıq-aydın Polşa əleyhinə dəaliyyətdir! 2026 və 2027-ci illər üçün müraciətlər hələ təqdim edilməyib, lakin Maliyyə Nazirliyi artıq faiz ödəyəcəyimizi bilir, baxmayaraq ki, Kiyevdə heç kim kömək istəməyib!" - Seym üzvü bildirib.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
2
olke.az

3Источники