RU

Soçidə raket təhlükəsi: PUA neft tankerinə çırpılıb

Soçidə

Soçidə hava hücumundan müdafiə sistemləri (HHM) işə salınıb.

Reyting.az
xəbər verir ki, bu barədə şəhər meri Andrey Proşunin Telegram kanalı “Kub Mash”-da bildirib.

Məlumata görə, bütün xidmətlər maksimum hazırlıq vəziyyətinə gətirilib. Sakinlərdən sakitliklərini qorumaq və təhlükəsizlik qaydalarına riayət etmək xahiş olunub.

Daha sonra Tuapse rayonunda pilotsuz uçuş aparatları (PUA) təhlükəsi elan edilib.

Qeyd olunur ki, PUA-nın qalıqları Tuapsedə neft tankeri və neft terminalına zərər vurub.

Bundan sonra gəmiyə od düşüb, ekipaj təxliyə edilib. Həmçinin qalıqlar tikililərə, terminalın infrastrukturuna və göyərtə üstü qurğularına dəyib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb. Bu barədə əməliyyat qərargahı məlumat verib.

Elçin
Reyting.az

Избранный
41
1
reyting.az

2Источники