RU

Ruslar Ukrayna şəhərini tam ələ keçirmək üzrədir

Ruslar

Rusiya ordusu Ukraynanın Pokrovsk şəhərini tam ələ keçirmək məqsədilə hücum əməliyyatlarını aktivləşdirib.

Reyting.az
-ın məlumatına görə, Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında qeyd olunur ki, geolokasiya materialları rusların Pokrovskun mərkəzi və cənub-şərq hissələrində irəlilədiyini göstərir.

Rusiya mətbuatı isə yazır ki, guya şəhərin daha dərin mərkəzinə daxil olublar və Kotlino yaşayış məntəqəsinə doğru irəliləyiblər. Lakin ISW-nin icmalında vurğulanır ki, geolokasiya görüntüləri Ukrayna Silahlı Qüvvələrinin mövqelərini qoruyub saxladığını, bəzən isə Rodinske mərkəzində - təbliğatçılara görə guya rusların nəzarətində olan ərazidə - irəlilədiyini göstərir.

Kostantınivka və Drujkivka istiqamətində vuruşan Ukrayna briqadalarından birinin baş çavuşu bildirib ki, ruslar bu istiqamətdə fəallığı xeyli azaldıblar. Onun fikrincə, ruslar bölmələrinin bir hissəsini Pokrovsk və Myrnoqrada hücumu gücləndirmək üçün ora köçürüblər.

Myrnoqradın müdafiəsində olan ukraynalı hərbçi qeyd edib ki, rus bölmələri Pokrovskun şimalında və Myrnoqradın şimal-şərqində “özlərini inamlı hiss edirlər”. Onun sözlərinə görə, rusların FPV dron operatorları elə məsafədə yerləşiblər ki, Pokrovsk və Myrnoqrad arasındakı Ukrayna təchizat yollarına zərbə endirə bilirlər.

Myrnoqraddakı Ukrayna bölmələrindən birinin zabiti əlavə edib ki, ruslar demək olar, şəhərə resursların çatdırıldığı yolu tamamilə atəş nəzarətinə götürüblər.

V. Quliyev
Избранный
24
reyting.az

1Источники