RU

Mikroavtobus partladı - 2 nəfər öldü

Finlandiyanın şərqindəki Şimal Savo bölgəsində mikroavtobusun hotelin həyətində partlaması nəticəsində iki nəfər ölüb.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Şərqi Finlandiya Polis Departamentinin baş serjantı Toni Reynikaynen məlumat verib.

Onun sözlərinə görə, ölənlərin sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur, lakin iki nəfərdən çox deyil. O əlavə edib ki, hazırda hadisənin cinayət olmasını təsdiq və ya inkar etmək mümkün deyil.

"Yle"nin məlumatına görə, furqon oteldə qalan işçilərə məxsus olub. Hadisədən sonra işçilər və qonaqlar təxliyə edilib.

Избранный
42
1
avtosfer.az

2Источники