RU

Azərbaycanda yenidən zəlzələ olub

İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azreform.info a verilən məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 18:03-də də İsmayıllıda zəlzələ baş vermişdi.

Избранный
10
48
azreform.info

10Источники